Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq regionundakı oyunu çoxdan həll edib.
Bunu “Rusiya Bugün” agentliyinin rəhbəri Dmitri Kiselyov “Həftə icmalı” proqramında çıxışı zamanı deyib.
“Ərdoğanın hədəfi bəllidir - Suriyanın şimalında kürd dövlətinin yaradılmasının qarşısını almaq. Burada maqnit effekti var. Bu maqnit Türkiyədə yaşayan kürdləri də çəkəcək. Onlar da Türkiyəni parçalamağa çalışacaq. Bəli, ABŞ-ın belə planı var. Lakin Ərdoğan bu məsələni çoxdan həll edib”, - Kiselyov bildirib. (axar.az)