Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi

Dünya A- A A+
Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib.
 
Yanğın təyyarə Los-Anceles beynəlxalq aeroportunda uçmamışdan əvvəl baş verib.
 
Yanğının ehtiyat blokda baş verdiyi bildirilir, bununla əlaqədar dərhal təxliyə qərarı verilib.
 
Təyyarədə 139 sərnişin və 5 ekipaj üzü olub. Təxliyə zamanı sərnişin və ekipaj üzvlərindən heç kimin xəsarət almadığı bildirilib.
 
Məlumata görə, təyyarə Los-Ancelesdən San-Xoseyə uçmalı imiş.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...