Brüsseldə Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilir.
Görüşdə Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılır.
Qeyd edək ki, son günlər Türkiyə rəsmiləri fasiləsiz olaraq bu ölkənin sərhəd qonşuluğunda PKK/PYD/YPG/İŞID terror qruplaşmalarına hərtərəfli yardım göstərilməsini əsas tutaraq ABŞ tərəfini kəskin ittiham edirlər.