Perudakı həbsxanadan qaçan Aleksandr Delqado adlı məhkum yaxalanıb.
Uşaq təcavüzü və qarətdən 16 illik həbs cəzası alan Delqado ötən ilin yanvar ayında onu görməyə gələn əkiz qardaşına dərman içirərək paltarlarını dəyişib və həbsxanadan qaçıb.
Daxili İşlər Nazirliyi məhkumun qaçmasından 13 ay sonra onun tapılmasına yardımçı olacaq şəxsə mükafat vəd edib.
Nəhayət, Delqado liman şəhəri Kallaoda yaxalanıb.
Aleksandr Delqado polislərə anası üçün darıxdığına görə qaçdığını bildirib.