Türkiyənin NATO-dan çıxması tamamilə real görünür.
Bu sözləri rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.
“Türkiyənin Afrin hərəkatı Suriyanın şimalındakı amerikalı hərbi ekspertlərin həyatını təhlükəyə atır. Bununla yanaşı, Türkiyə Rusiyadan S-400 müdafiə sistemləri satın alıb. Bu, NATO-nun sisteminə fərqli ünsürün qatılması anlamına gəlir. Bu mənada Türkiyənin NATO-dan çıxması real ssenari kimi görünə bilər. Bəs, Türkiyənin itirilməsi nə anlama gəlir? NATO üçün bu cənub qanadın tamamilə itirilməsi və Rusiyanın Aralıq dənizinə daxil olması deməkdir. Vaxtilə Türkiyə ABŞ-ın VI donanmasını vura biləcək Rusiyanın ağır hərbi donanmasının qarşısını almışdı”, - ekspert bildirib.(axar.az)