Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin “Zeytun budağı” əməliyyatında kimyəvi silahdan istifadə etməsi barədə yayılan yalan xəbərlərə sərt reaksiya verib.
Twitter hesabında “Röyter”də yayımlanan xəbəri paylaşan baş nazir bu sözləri yazıb: “Nə dərəcə etibarli qaynağınız var? Yalana stop”.
Qeyd edək ki, Suriyadakı kürd qüvvələri və Suriya İnsan Haqları Komitəsi türk ordusunun “Zeytun budağı” əməliyyatı zamanı vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı yalan məlumat yayıb. Məlumatı “Röyter”də yayımlayıb.