Almaniyanın Müdafiə naziri Ursula Leyen yaxın iki ildə NATO baş katibi vəzifəsinə gətirilə bilər.
Almaniyada nəşr edilən “Velt am Sonntaq” qəzeti iddia edib ki, artıq bununla bağlı NATO daxilində müzakirələr başlayıb.
Qeyd edək ki, qəzet Türkiyənin bu müzakirələrə xoş baxmadığını iddia edib.
Ursula Leyen yeddi uşaq anasıdır və nizam-intizamı ilə hər zaman seçilib.