Sizlər bu gün cavab verilməsi belə gərəksiz olan cizgi filminə bənzər sirk nümayişi izlədiniz.
Bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Münxendə İsrail Baş naziri Benyamin Netanyahunun İranla bağlı çıxışına cavab olaraq deyib.
“İsrail təcavüzkar siyasətini qonşularına qarşı istifadə edir. Suriya və Livanda hər gün silahlı hücum etməklə toplu şəkildə intiqam alır”, - İran XİN rəhbəri bildirib.
Qeyd edək ki, B. Netanyahu Münhen konfransında çıxışında İsrail tərəfindən vurulan İrana məxsus PUA-nın bir parçasını göstərərək bu sözləri demişdi:
“Cənab Zərif, bunu tanıdınızmı? Tanımalısınız, çünki sizindir. Bunu Tehranın tiranlarına apara bilərsiniz. İsrailin qərarlılığını yoxlamağa cəhd etməyin”. (axar.az)