İraq məhkəməsi İŞİD terror təşkilatına dəstək göstərən Azərbaycanlı qadınları ömürlük həbsə məhkum edib.
Bu barədə Al-Sumaria xəbər yayıb.
Ölkənin Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Səttar Birkdar Türkiyə və Azərbaycan vətəndaşı olan daha 10 qadının ömürlük həbsə məhkum olduğunu bildirib.
Bundan əvvəl Qərb KİV-ləri xəbər yaymışdı ki, İraq ordusu İŞİD-in yüzlərlə terrorçusunun arvadılarını saxlayıb . Onların arasında Avropa, Asiya, ABŞ və Rusiya vətəndaşları olub.
İraq baş naziri Heydər əl-Abadi 2017-ci ildə İŞİD terror qruplaşmasının məğlubiyyətini elan etmişdi.