Kimlərsə Osmanlı şilləsinin nə olduğunu soruşurmuş. Bu sualı verənlər bizim tarixçilərə etibar etmirlərsə, Qərb tarixçilərinin Osmanlıya aid əsərlərini oxusunlar.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Çanaqqalada, Kutul Amarədə döyüşmüş babaları varsa, onlardan soruşsunlar Osmanlı şilləsinin nə olduğunu. Daha çox maraqlanırlarsa, buyursunlar, Afrinə gəlsinlər. Bu şillənin layiq olandan başqa heç kimə vurulmadığını da maraqlanıb öyrənsinlər”, - Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ ordusunun generalı Paul Funk türk ordusunun Menbiçə hər hansı hücumu zamanı aqressiv şəkildə cavab veriləcəyini bildirmişdi. Ərdoğan isə onun Osmanlı şilləsi yemədiyi üçün belə rahat danışdığını demişdi.