Bu pis qonşular bizi nəhayət ki, silahlı və silahsız PUA sahibi etdilər.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu adi bir hadisə deyil, onları özümüz istehsal etməsək, PUA-lardan biri vurulanda nə olacağını düşünməyə məcbur qalacaqdıq. İndi isə vursanız da fərqi yoxdur. Biz buraya gəldik və daha da irəliyə gedəcəyik. Bizim insansız tankları istehsal edə biləcək vəziyyətə gəlməyimiz də gərəkdir və bunu edəcəyik. Artıq bu texnologiyaya sahib ölkə mövqeyinə gəlmişik”, - Ərdoğan bildirib.