Rusiya Suriyanın Şərqi Quta bölgəsindəki vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasına toplanmaq barədə çağırış edib.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya danışıb.
Nebenzya sözügedən məsələ ilə bağlı tələblərini çatdırdıqlarını söyləyib: "Bu addım bütün tərəflərin fikirlərini və mövqelərini təqdim etməsi və həll təkliflərini ortaya qoyması üçün lazımdır".