Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan TRT telekanalında çıxışı zamanı bəyan edib ki, təxribatlara baxmayaraq, ölkəsi Afrində PKK/PYD-YPG və İŞİD terror təşkilatları üzvlərinin neytrallaşdırılması məqsədilə başladılan “Zeytun budağı” hərəkatını davam etdirir.
Ərdoğan, mədəniyyət və incəsənət sahəsi üzrə xüsusi mükafatlar təqdimatı mərasimində nitqi zamanı bildirib ki, bu gün səhər əməliyyat gedişi zamanı zərərsizləşdirilmiş terrorçuların sayı 1829-a çatıb.
“Bu inamın nəticəsidir. Bəzən səhv məlumat yaranır. Buna baxmayaraq biz öz yolumuzu davam edirik. Bizim hərbçilər istənilən şəraitdə gündüz və gecə bu mübarizəni davam etdirirlər”, - Ərdoğan qeyd edib.