Türkiyənin artıq vaxt qazanmaq üçün tətbiq edilən taktikalara qarnı toxdur.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Menbiçlə bağlı danışarkən deyib.
“Terror qruplaşmasının yanında kimin olduğuna baxırıq. Büdcədən bunlara 500-550 milyon vəsait ayıranlara düzgün yoldasan deməliyik? Belə görünür ki, bu yay həm terror qruplaşmaları, həm də onları himayə edənlər üçün olduqca qızmar keçəcək. Rejim öz torpaqlarını qurtarmaq dərdində deyil, köç edənlər barədə “onlardan qurtulduq” deyir. Bu yola baş qoyduq. Bu yolda başını qoymağa hazır olan varsa, buyursun, “bu da meydan” deyirik”, - Ərdoğan bildirib.(axar.az)