Erməni deputatlar gələn həftə parlamentdə hökumətə bütün xidməti maşınların maye qazla işləməsini təklif edəcəklər.
“Jamanak” qəzeti deputatların bununla böyük miqdarda maliyyət vəsaitlərinə qənaət etməyi planlaşdırdıqlarını yazıb.
“Karen Karapetyanın özü də bir müddət əvvəl bahalı benzinin yerinə qaz alternativini irəli sürürdü. Benzin həqiqətən Ermənistan büdcəsinə baha başa gəlir. Büdcə boş olduğuna görə hökumət qənaətə özündən başlamalıdır”. (axar.az)