İraq məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadını ölüm cəzasına məhkum edib.
Qadınların İŞİD-çilərlə ailə qurduqları və ya terror təşkilatının üzvləri olduğunu etiraf etdikləri bildirilir.
Məhkəmənin qənaətinə görə, 16 türk qadınının İŞİD-i logistika ilə təmin etdiyi və ya terror hücumlarının təşkil olunmasına köməklik göstərdikləri sübuta yetirilib.