Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Şanlıurfa şəhərində keçirilən mitinqində yayılan yanıq iyi prezident Rəcəb Tayyib Ərdoğanın narahatlığına səbəb olub.
Yanıq qoxusunu hiss edən ölkə başçısı çıxışına fasilə verib yaxınlığındakı şəxslərdən “Yanıq iyi gəlirmi”, - deyə soruşub. Mühafizə xidməti Türkiyə prezidentinin sualını təsdiqləyib. Ərdoğan yanğının səbəbinin araşdırılmasını tapşırıb.
Qısa dialoqdan sonra Rəcəb Tayyib Ərdoğan çıxışına davam edib.