ABŞ ordusunun hərbi qüdrəti elit dəstələrdən asılıdır.
Bu barədə “Nəşnl İnterest” yazıb.
Məlumata görə, ABŞ ordusunun komandanlarının “Dəniz pişikləri”, “Yaşıl berelilər” və “Reyncer”lərə göstərdiyi xüsusi diqqət digər hərbi birləşmələrin əhəmiyyətini azaldır. ABŞ ordusunda ən yaxşı sayılan birləşmələr öz səlahiyyətləri daxilində olmayan vəzifələri yerinə yetirmək məcburiyyətində qalırlar və bu da onların birbaşa məsuliyyətindəki əməliyyatların sonrakı effektivliyini azaldır. (axar.az)