Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə çalışır.
Türkiyə KİV-i xəbər verir ki, terror təşkilatı şəhərin girişində yerləşən böyük lövhədən keçmiş prezident Hafiz Əsədin (indiki president Bəşər Əsədin atası –red.) şəklini endirərək onu PKK-nın lideri Abdullah Öcalan və digər terrorçuların şəkilləri ilə əvəz edib.
Bu isə PYD-nin PKK ilə bağlantısını növbəti dəfə sübut edib.
Qeyd edək ki, Türkiyə PYD-nin PKK-nın bir qolu olduğunu açıqlasa da, ABŞ bunu qəbul etmir və terror təşkilatına yardımlarını davam etdirir. ABŞ-ın terror təşkilatına yardımları Ankara-Vaşinqton xəttində gərginlik yaradan əsas məsələ hesab olunur. (publika)