Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özəl təyyarə "CAN" ilə Mavritaniyanın paytaxtı Nuakşota səfər edib.
Əlcəzair səfərini tamamlayan Ərdoğan Mavritaniyada Prezident Məhəmməd Vələd Əbdüləziz tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Ərdoğanın səfəri ilə əlaqədar paytaxtın bütün küçə və prospektləri Türkiyə və Mavritaniya bayraqları ilə bəzədilib.(axar.az)