Suriyanın Şərqi Quta vilayətində atəşkəs elan ediləndən sonra ilk dəfə olaraq mülki şəxslərin təxliyyəsinə start verilib.
"Ria.ru" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib. Putin qeyd edib ki, əhalinin təxliyyə edilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələyə müdaxilə etməsindən sonra mümkün olub.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Şərqi Qutada atəşkəsin elan edilməsi barədə qərar qəbul edib. Rusiya mülki şəxslərin Şərqi Qutanı boşaltması üçün 5 saat atəşkəs elan edib. Amma Əsəd ordusu şəhəri atəş altında saxladığı üçün əhali evlərini tərk edə bilməyib. R.T.Ərdoğanın müdaxiləsindən sonra insanlar dəhlizlərlə Şərqi Qutadan ayrılıblar. Şəhərdə qalacaq Ən-Nusra cəbhəsinə qarşı hərbi əməliyyatlar davam etdiriləcək. (teleqraf.com)