Min il davam edəcəyi deyilən 28 fevral Allahın yardımı, millətimizin uzaqgörənliyi sayəsində qısa müddətdə tarixin dərinliklərində itib getdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Türkiyə əvvəlki anti-demokratik müdaxilələrdə olduğu kimi, 28 fevralın da öhdəsindən gəlməyi bacardı", - Ərdoğan bildirib.
Qeyd edək ki, 1997-ci ilin 28 fevralında Türkiyədə yaxın tarixin ən mühüm hərbi çevrilişlərindən biri yaşanıb. (axar.az)