Qazaxıstan nüvə silahlarının qadağan edilməsi haqqında müqaviləni imzalayıb.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bəyanat yayılıb.
Məlumata görə, Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov ölkəsinin adından müqaviləyə imza atıb.
Qeyd edək ki, Qazaxıstan sözügedən müqaviləyə imza atan 57-ci ölkə olub.