“Səylərimiz Çexiya və ya Almaniya ilə məhdudlaşmayacaq. Saleh Müslim hara gedirsə-getsin, artıq ona rahatlıq yoxdur, onu rahat buraxmayaxağıq”.
Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Sabah alman həmkarı Ziqmar Qabriel ilə görüşəcəyini deyən nazir PYD-nin liderlərindən olan Saleh Müslimin Türkiyəyə verilməsi məsələsinin müzakirə ediləcəyini deyib.
Qeyd edək ki, Saleh Müslim Çexiyada saxlanılsa da, Praqa məhkəməsi fevralın 29-də onun sərbəst buraxılması barədə qərar çıxarıb. İnterpol vasitəsilə axtarışa verilən Saleh Müslim fevralın 25-də Çexiyanın paytaxtı Praqada saxlanılmışdı. Türkiyə isə onun ekstradisiyasını tələb etmişdi. Saleh Müslim Çexiyadan Almaniyaya gedib.
Onun adı Türkiyənin Daxili İşlər Nazirliyinin “terrordan axtarılanlar” siyahısında idi və başına 4 milyon lirə mükafat qoyulmuşdu.(publika.az)