ABŞ-ın raketdən müdafiə sistemi Rusiya və Çinin hücumlarının qarşısını almaq gücündə deyil.
Bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin müavini Con Rud söyləyib. Onun sözlərinə görə, ABŞ bu sistemlərini təcili yeniləməlidir. O, həmçinin ABŞ-a Rusiya və Çinin yeni hipersonik silahlar yaratmaq planlarının bəlli olduğunu bildirib. (axar.az)