Kuba hökuməti Kolumbiyanın eks-prezidenti Anders Pastrane və Boliviyanın eks-prezidento Xorxe Kiroqenin ölkə ərazisinə girişinə izn verməyib.
Bu barədə informasiyanı "Prensa Latina" agentliyi yayıb. Agentlik Kuba hökumətinin bu addımı hər iki siyasətçisinin antikuba çıxışları etməsiylə əlaqədar atdığını bildirib. Onların Havana hava limanına endikdən sonra yenidən təyyarəyə mindirilərək ölkələrinə geri göndərildiyi vurğulanıb.
Qeyd edək ki, Pastrana və Kiroqa Havanada Avropa və Mayamidəki Kuba inqilabı əleyhdarlarının maliyyələşdirdiyi təşkilatdan mükafat almalı idilər. Onlara mükafat məşhur Kuba dissidenti Osvald Payinin qızı Rosa Mariya Payi verməli idi. (axar.az)