Kiyevdə Radanın deputatı Yuri Levçenkoya hücum olub.
Bu sözləri Feysbuk səhifəsində Kiyev Şəhər Şurasının deputatı Svyatoslav Kutnyak paylaşıb. Onun sözlərinə görə, insident Polovetskoy küçəsində baş verib.
Levçenkonun huşunu itirənə qədər döyüldüyünü bildirən Kutnyak hazırda onun xəstəxanaya yerləşdirildiyini yazıb.