ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Çanaqqala boğazından keçib.
Xarici media xəbər verir ki, amerikalı əsgərlər Kilitbahir qalası üzərindəki “Dayan yolçu” yazısını durbinlə oxuyublar.
Məlumatlara görə, ABŞ gəmisi 8-15 martda Rumıniyada keçiriləcək “2018-ci il Bahar Fırtınası” təlimində çıxış edəcək.
Türk ordusuna məxsus hərbi gəmi ABŞ döyüş gəmisini müşayiət edib. (teleqraf.com)