Hazırda hədəfimiz Afrindir və yaxşı bir mövqeyə qədər irəliləmişik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Zərərsizləşdirilən terrorçu sayı 3171-ə çatıb. Afrinin mərkəzi mühasirəyə alınıb. Hər an Afrinin mərkəzinə girə bilərik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Afrinin mərkəzi hissəsinə həlledici hücuma hazırlaşdığı bildirilmişdi.