Vaşinqtonda Türkiyə və ABŞ-ın Suriya üzrə texniki komitəsinin iclası başa çatıb.
Bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. İclasın uğurlu keçdiyi bildirilib. Görüşdə əsas müzakirə mövzusunun PYD/YPG terror təşkilatının Menbiçdən çıxarılması məsələsi olub.
Qeyd edək ki, bu komitə Suriya konfliktinin həlli yollarının axtarılması məqsədi ilə yaradılıb.