Biz buralara 18 milyon kvadrat kilometrdən gəlmişik. Kiçildikcə kiçildik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı söyləyib. O, tarix boyu Türkiyənin işğalçı dövlət olmadığını deyib:
“780 min kvadrat kilometr ərazidə heç kimin əməliyyatlar keçirməsinə icazə vermərik. Onlar qaçacaq biz qovacağıq. Afrində iş bitmək üzrədir. 850 kvadrat kilometr nəzarətimiz altındadır. Hədəf o 2 min kvadrat kilometr ərazini (Afrin) də nəzarətimiz altına almaqdır. Dərdimiz torpaq deyil, terrorçuların məhv edilməsidir”.