ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edərsə, Ankara cavab tədbirləri görəcək.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlamayla çıxış edib. O bəyan edib ki, Vaşinqton Ankaranı təhdid etməkdən yayınmalıdır:
"Birləşmiş Ştatlar Türkiyəni sanksiya ilə cəzalandırarsa, biz buna Rusiya və digər ölkələrdən fərqli reaksiya verəcəyik. Artıq Türkiyə ilə 20 il əvvəl olduğu kimi rəftar oluna bilməz".
Qeyd edək ki, son günlər Konqresdə Ankaraya qarşı qadağaların tətbiq olunmasının vacibliyi barədə fikirlər səslənir.