Rusiya prezidenti Vladimir Putin bildirib ki, Almaniya kansleri Angela Merkel Rusiyaya səfərləri zamanı ona hərdən pivə gətirir.
Bu barədə o, Andrey Kondraşovun "Odnoklassniki" sosial şəbəkəsinə yerləşdirilən filmində danışıb.
"Angela (Merkel) mənə vaxtaşırı bir neçə şüşə radenberq pivəsi [gətirir]", — deyə Putin bildirib. (report)