Türkiyəyə məxsus şəxsi təyyarə bazar günü İranın qərbində qəzaya uğrayıb.
"Reuters" xəbər verir ki, bu barədə yerli "PressTV" telekanalı məlumat yayıb.
Təyyarənin BƏƏ-nin Şarja şəhərindən İstanbula uçduğu bildirilir.
Qəza zamanı 11 nəfərin həyatını itirdiyi bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
***
İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, sözügedən təyyarə İstanbuldan BƏƏ-nin Şarika şəhəri istiqamətində uçurmuş.
“Tasnim” agentliyi isə təyyarənin xüsusi qırıcı olduğunu bildirib.
Olayla bağlı ətraflı məlumat verilməyib.