Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qəza Katmandu aeroportu yaxınlığında baş verib. Futbol meydançasına düşən təyyarə qəzadan sonra yanmağa başlayıb.
Son məlumatlara əsasən, qəzaya uğrayan təyyarədə 67 sərnişin olub. Onlardan 17 nəfəri xilas edilib. Hazırda əraziyə xilasedici və yanğınsöndürən briqadalar cəlb olunub.