Rusiya da ingilis diplomatları ölkədən qovacaq.
Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:
“Britaniyaya cavab olaraq, ingilis diplomatları mütləq və yaxın zamanlarda ölkədən qovacağıq”.
Qeyd edək ki, Baş nazir Tereza Mey dünən Britaniyanın Rusiya ilə ikitərəfli əlaqələri kəsdiyini bildirib:
“London Moskva ilə əlaqələri kəsməkdə maraqlı deyil. Ancaq İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyədə olmayacaq”.
Mey əlavə edib ki, Britaniya 23 rus diplomatını deportasiya edəcək: “Onlar qeydə alınmayan casuslardır və həmin şəxslərin Britaniyanı tərk etməsi üçün bir həftə vaxtları var”.(teleqraf.com)