Amerikalı instruktorlar Suriyanın Ət-Tanf rayonunda kimyəvi silahdan istifadə edərək provokasiya hazırlanması üçün bir neçə qrup hazırlayıblar.
Bunu Rusiya Baş Qərargahının Baş Operativ İdarəsinin general-polkovniki Sergey Rudskoy söyləyib.
"Bu provokasiyalar ABŞ-ın Suriyaya zərbə endirməsi üçün bəhanə olmalıdır. Vaşinqton bu zərbələri Suriyanın dövlət obyektlərinə endirməyi planlaşdırır. Biz mümkün zərbələrin hazırlanmasıyla bağlı bir sıra hallara şahidlik edirik" - deyə o bildirib. (axar.az)