Qonşularımız dara düşdüyündə sərhədlərimizi bağlayıb kefimizə baxmadıq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.
“Bu ölkədə ədalətin yalnız binalara yazılan anlayış olmadığını göstərmək istəyirik. Ədalətin gələcəyimizi təmin edəcək işıq olduğuna inanmaq istəyirik. Suriyadan 3,5 milyon, İraqdan 500 min insan qonağımız oldu. Təhsil, səhiyyə başda olmaqla bütün ehtiyaclarını qarşıladıq”, - Ərdoğan bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, Afrində aparılan “Zeytun budağı” əməliyyatının başladıldığı gündən bəri 3622 terrorçu zərərsizləşdirilib.