Naməlum şəxslər Krasnodar vilayətinin rayon şurasının deputatı Artur Podolskinin maşınını atəşə tutub.
Bu barədə Rusiyanın İstintaq İdarəsindən məlumat verilib:
“Naməlum şəxs deputatın idarə etdiyi maşınına əzı üç dəfə atəş açıb. Güllələrdən ikisi deputata dəyib. Hazırda o, xəstəxanadadır”.
Həmçinin qeyd olunub ki, bir neçə ay əvvəl deputatın qardaşı – sahibkar Timur Podolskiyə qarşı sui-qəsd icra olunmuşdu. Ötən ilin dekabrında mehmanxanalardan birində ona atəş açılmışdı. (regionxeberleri)