Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) və türk polisi Mersin şəhərində birgə əməliyyat keçirib.
Əməliyyat nəticəsində ictimai təşkilatların inzibati binalarında silsilə partlayışlar törətməyə hazırlaşan PKK terrorçuları həbs edilib.
Məlumata görə, əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Onlardan biri “Denktav” kod adlı terrorçunun Şimali İraqda partladıcı maddələrlə bağlı təlim keçdikdən sonra 1.5 ay əvvəl Türkiyəyə girdiyi bəlli olub. Saxlanılan şəxslərin uzun müddətdir inzibati binalarda kəşfiyyat işləri apardığı və partladıcı maddə hazırlamaq üçün çalışdıqları məlum olub.(axar)