İranın cənubunda növbəti təkanlar qeydə alınıb.
5 bal gücündə zəlzələ Minab şəhərindən 68 km məsafədə baş verib. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
***
İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 58 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.