İrəvanda avtomobil hərbi universitetin iki kursantını vurub.
Ordu.az erməni KİV-lərinə istindən xəbər verir ki, İrəvan şəhərində martın 22-də, axşam saat 20:50-də avtomobil qəzası baş verib, nəticədə hərbi universitetin iki kursantı yaralanıb.
Məlumata görə, İrəvanın Saritag məhəllə sakini Artavazd Arakelyan Nissan markalı avtomobili ilə küçədə, Xankəndi şəhər sakinləri olan iki piyadanı vurmuşdur.
Məlum olub ki, 22 yaşlı David Pogosyan və 21 yaşlı Eduard Manukyan Vazgen Sarkisyan adına hərbi universitetin kursantlarıdır. Hər ikisi tibb müəssisəsinə yerləşdirilib. Araşdırma aparılır.