Yunanıstanda FETÖ-cülər əleyhinə əməliyyat keçirilib.
FETÖ üzvü olan 3 Türkiyə vətəndaşı ABŞ-dan Yunanıstana gəlmək istəsələr də, yunan polisi onların ölkəyə daxil olmasına icazə verməyib.
Xəbərə görə, onlar Eleftherios Venizelos Hava limanından geriyə - Amerkaya dönmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, FETÖ üzvləri özlərini biznesmen kimi təqdim etsələr də, istədiklərinə nail ola bilməyiblər.
Yunan polisi onları sorğu-sual edərkən, bu şəxslərin Yunanıstana digər FETÖ üzvlərinin də bu ölkəyə gəlişinə yardım etmək üçün səfər etdikləri aydın olub.
Bu şəxslər barədə polisə məlumatı ölkənin kəşfiyyat idarəsi verib.(teleqraf.com)