“Martda da, noyabrda da bütün dünyanı təəccübləndirəcək nəticələr əldə edəcəyik”.
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Ordu vilayət konqresində çıxışında deyib.
“Görürük ki, 2019-cu il birilərinin yuxusunu qaçırır. Zaman keçdikcə və müddət yaxınlaşdıqca 2019-cu ili (Türkiyədə prezident seçkiləri keçiriləcək və prezident üsul idarəsinə keçid başa çatdırılacaq –red.) kölgələmək üçün çirkli ssenarilərin işə salınmasının şahidi oluruq. Bu günə qədər arxalarını qiyamçılara və marginal təşkilatlara söykəyənlər millət iradəsini təzyiq altına almağa çalışırlar”, - prezident deyib.
Ərdoğan Afrində keçirilən "Zeytun budağı" əməliyyatında indiyə kimi 3740 terrorçunun məhv edildiyini söyləyib.(publika.az)