İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda erməni əsgər ölüb.
Erməni KİV-i xəbər verir ki, dünən saat 16:55 radələrində, Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqelərində, 1999-cü il təvəllüdlü erməni əsgəri Armen Hamayak Harutyunyan ölüb.
Hadisənin güclü küləklə ağacın aşması nəticəsində baş verdiyi bildirilsə də, erməni sosial şəbəkə istifadəçiləri ölən əsgərin mövqelərimizi atəşə tutması nəticəsində məhv edildiyini bildirirlər.
Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.(ordu.az)
Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.(ordu.az)