Aralıq dənizində, Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 84 nəfər itkin düşüb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında bildirib.
Məlumata görə, insident nəticəsində 26 sərnişin xilas edilib. İtkin düşənlərin axtarışı davam etdirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının aprelin sonuna olan məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 180 min nəfəri keçib, 1232 nəfər isə ölüb və ya itkin düşüb.
BBC məlumat verirki, xilas edilənlərdən birinin dediyinə görə, dənizdə fırtına olub. 84 nəfəri də güclü dalğalar aparıb.