Eurasia Diary Novosti Armenia-ya istinadən xəbər verir ki, İrəvanda bir qadın avtomobilini Qaregin Njde meydanında faşist rejiminin tərəfdaşının abidəsinin üzərinə sürüb.
Erməni KİV-nin verdiyi məlumata görə, 31 yaşlı İrəvan sakini Margarita Asatryan idarə etdiyi Mercedes markalı avtomobili ilə yolun hərəkət olan hissəsindən qazon üzərinə çıxaraq eyniadlı meydanda Suren Spandaryanın abidəsinin postamentinə vurub.
Qəza nəticəsində yaralanan qadın "Astxik" tibb mərkəzinə çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və müstəntiqlər gəlib.