Çeçenistanın paytaxtı Qroznı şəhərində çoxmərtəbəli binada yanğın baş verib.
Güclü yanğın barədə “Lifeshot” Teleqram kanalı informasiya yayıb.
Məlumata görə, yanğın paytaxt Qroznının Kadırov prospektində 12 mərtəbəli yaşayış binasında çıxıb. Bina sakinləri dərhal təxliyə edilib, xəsarət alan olmayıb.
Binanın söndürülməsi əməliyyatına 6 texnika və 30 yanğınsöndürən cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
***
Qroznıdakı yaşayış binasında baş verən yanğın söndürülüb, tələfat yoxdur. Sadəcə binanın damı yanıb.
Bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqram hesabında yazıb.
“Hadisə yerindən yazıram. Əhməd-Hacı Kadırov küçəsində yerləşən binadakı yanğın söndürülüb. Tələfat yoxdur. Artıq tapşırıq vermişəm, sabahdan binanın damının təmirinə başlayacaqlar”, - Kadırov bildirib.