İsrail baş baziri Netanyahu məscidlərdə səsucaldanla azan oxumağı məhdudlaşdıran layihənin parlamentdə səverməyə təqdim edilməsi haqda göstəriş verib.
Binyamin Netanyahu haqqındakı korrupsiya araşdırmalarının intensivləşdiyi bir vaxtda Qüds və İsrail ərazisində məscidlərdə azanın müəyyən saatlarda səsucaldanla oxunmasına qadağa edən qanun layihəsini yenidən gündəmə gətirib.
İsrail dövlət radiosunun xəbərinə görə, Netanyahu məscidlərdə azanı məhdudlaşdıran qanun layihəsinin yenidən parlamentdə səsverməyə təqdim edilməsi üçün koalisiya məsələləri üzrə köməkçisi David Amsalemə göstəriş verib.(avropa.info)