Rusiya Ukrayna ilə qarşılıqlı silah və hərbi texnika tədarükü haqqında hökumətlərarası razılaşmadan çıxıb.
Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik bu qərarın martın 28-də verildiyini bildirib.
Qeyd edək ki, tərəflər arasında bu razılaşma 1995-ci ilin fevralında imzalanıb. Ukrayna bu razılaşmadan 2017-ci ilin noyabrında çıxıb.